"Topçular" İskoya 64 milyon funt təklif edir

14:50 - 7 Yanvar 2015

İspaniyalı futbolçu Premyer Liqada?

 

"Real"ın 22 yaşlı yarımmüdafiəçisi İsko karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Arsenal" İsko üçün 64 milyon funt-sterlinq təklif göndərməyə hazırlaşır.

 

Qeyd edək ki, İsko bu mövsüm "real"ın heyətində çıxdığı 26 matçda 4 qol və 5 asistlə yadda qalıb.

Xəbər xətti