"Mançester Siti"dən ilk transfer
İngiltərənin "Mançester Siti" klubu heyətini gücləndirib.
Sportal.az BBC-yə istinadən xəbər verir ki, Mançester təmsilçisi "Suonsi"nin hücumçusu Vilfrid Bonini heyətinə qatıb.
Komanda futbolçuya görə 30 milyan avro ödəyib. Fil Dişi Sahili yığmasının heyətində Afrika Millətlər kubokunda iştirak edəcək Boni turnirdən sonra İngiltərəyə gedərək "Mançester Siti" ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, 2013-cü ildən "Suonsi"də çıxış edən Boni Premyer Liqada vurduğu 20 qolla 2014-cü ilin ən məhsuldar futbolçusu seçilib.