Andrey Kramariç Londonda
İngiltərənin "Çelsi" klubu heyətini gücləndirib.
Sportal.az Britaniya mətbuatına istinadən xəbr verir ki, London təmsilçisi Xorvatiya millisinin gənc hücumçusu Andrey Kramariçi transfer edib.
Komanda 23 yaşlı futbolçuya görə “Riyeka” klubuna 9.7 milyon funt-sterlinq ödəyib. London təmsilçisi təcrübəsiz olan forvardı mövsüm sonunadək icarəyə verməyi planlaşdırır.
Qeyd edək ki, Kramariç AÇ-2016-nın seçmə mərhələsində Xorvatiya - Azərbaycan (6:0) matçında millimizə 1 qol vurub.