Samir Abasov "Sumqayıt"ın əvəzedicilərinin hazırlığı haqda danışdı VİDEO

18:15 - 7 Yanvar 2015

Komanda yoxlama oyunlarında qüvvəsini sınayacaq

 

Topaz Premyer Liqasında mübarizə aparan klublarda olduğu kimi əvəzedici komandalar da istirahəti başa vurub. Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi "Sumqayıt"ın əvəzedici komandası yanvarın 3-dən etibarən "Kapital Bank Arena"da hazırlığa start verib.

Əvəzedici komandada əsas məqsəd kollektivi komplekləşdirməkdir. Bu səbəbdən komandada seleksiya işləri davam etdirilir. Hazırda klubun akademiyasından bir neçə futbolçu məşqlərə dəvət edilib. Komanda yanvarın 10-dan etibarən təlim-məşq toplanışına satrt verəcək. Bu ərəfədə əvəzedicilər 3-4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Artıq yoxlama oyunları üçün rəqiblərdə müəyyənləşib. "Sumqayıt" "Qarabağ"ın əvəzediciləri, 1-ci divizion təmsilçiləri "Neftçala" və "Şuşa" ilə üz-üzə gələcək.

Bu arada sözügedən komandanın baş məşqçisi Samir Abasov hazırlıq haqqında danışıb. Həmin videoreportajı təqdim edirik:

 

Xəbər xətti