AZAL dörd futbolçu transfer etdi

19:00 - 7 Yanvar 2015

3 yerli 1 əcnəbi

 

AZAL klubu qış transfer pəncərəsi dönəmində heyətini 4 futbolçu ilə gücləndirib.
 
Sportal.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

Klub rəsmisi artıq 4 futbolçu ilə rəsmi müqavilə imzalandığını bildirib. Həmin futbolçular Ruslan Nəsirli, Azər Məmmədov, Nicat Qurbanov və Aleksandr Şemonayevdir.

Qeyd edək ki, Azər Məmmədov "Araz Naxçıvan"dan, Aleksandr Şemonayev isə "Xəzər Lənkəran"dan transfer olunub. Müqavilə ilə "Neftçi"yə məxsus olan Nicat Qurbanov AZAL-da icarə əsasında çıxış edəcək.

 

Mənbə:qol.az

Xəbər xətti