İngiltərədən Amerikaya
Bu mövsümün sonunda "Liverpul"u tərk edəcək Stiven Cerrardın yeni klubu bəlli olub.
Sportal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, təcrübəli futbolçu yeni mövsümdən etibarən ABŞ-ın "Los Angeles Qalaksi" klubunda çıxış edəcək.
Bu məlumatı komandanın baş məşqçisi Bryus Arena öz açıqlamasında söyləyib:
"Cerrard iyul ayından etibarən komandanın düşərgəsində olacaq".