Sankt-Peterburqun baş məşqçisi: "Martirosyanı meydana buraxmağımız təxribat deyildi"

22:15 - 7 Yanvar 2015

Baş məşqçidən açıqlama

 

“Maraqli oyun keçdi. Məncə bu, turnirdəki ən maraqlı oyun idi”.

 

Sportal.az xəbər verir ki, bu sözləri U-19 millimizlə oyundan sonra Sankt-Peterburq komandasının baş məşqçisi Vladimir Kazaçonok deyib.

Rusiyalı məşqçi sona yaxın vaxt aparmaqdıqlarını bildirib: “Hər iki komanda gözəl oyun sərgilədi. Qələbə qazandığımız üçün şadam. Sona yaxın vaxt aparmadıq. David Martirosyanı meydana buraxmağımız təxribat deyildi. O, əvəzetmədən oyuna qoşularkən daim özünü yaxşı tərəfdən göstərir”. (futbolxeber.az)

Xəbər xətti