Bakıda keçiriləcək
Qış hazırlığını Bakıda keçirəcək AZAL-ın hazırlıq planı təsdiqlənib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 5-dən məşqlərə başlayan paytaxt klubu ilk həftə əsasən fiziki hazırlığın yüksəldilməsi üzərində çalışacaq. Toplanış müddətində 5 yoxlama matçının keçirilməsi də nəzərdə tutulub.
“Təyyarəçilər” 10, 15, 17, 19 və 24 yanvar tarixlərində oyun keçirəcək. İlk 2 matç üçün sınaqçı-rəqib axtarışı davam edir. Yanvarın 17-də və 19-da isə "təyyarəçilər" “Sumqayıt” ilə qarşılaşacaq. İlk oyun Sumqayıtda, ikinci matç isə Bakıda baş tutacaq.
AZAL ayın 24-nə planlaşdırılan qarşılaşmanı isə Gürcüstanın paytaxtı Tiflisdə keçirmək niyyətindədir. Qonşu ölkənin komandaları ilə danışıqlar davam edir. İlkin plana əsasən, AZAL 23-də qərbə səfər edəcək, sabahısı meydana çıxacaq. Bu yöndə görülən işlər davam edir.
saytlarin hazirlanmasi