İradə İsrafilovadan açıqlama
"Bu məsələ uzanmışdı. Artıq onu həll etməyin vaxtı idi. Gəlişimizdən razıyıq. Danışıqlarımız müsbət yekunlaşdı".
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisində oynamağa razılıq verən Eddi İsrafilovun anası İradə İsrafilova deyib.
AFFA-nın inzibati binasında qurumun baş katibi Elxan Məmmədovla görüşən İ.İsrafilova oğlunun ölkəsinin yığmasında oynamasının onun şərəf olduğunu bildirib: "Mən azərbaycanlıyam. Uzun müddətdir ki, xaricdə yaşasam da, vətən məni çəkir. Millidə oynamaq həm mənim, həm də Eddi üçün şərəfdir. Növbəti toplanış zamanı onu gözləyin".