Baş məşqçidən açıqlama
“Komandamız bu oyuna tam bərpa oluna bilməmişdi. Çünki ilk qrup mərhələsində ardıcıl 2 oyun keçirmişdik. Amma bizimlə müqayisədə Azərbaycan millisinin işi daha çətin idi”.
Sportal.az xəbər verir ki, bu sözləri U-19 millimizlə oyundan Koreya Respublikasının baş məşqçisi An İk-Su deyib.
50 yaşlı mütəxəssis millimizi ölkəsində görmək istədiyini bildirib: “Çətinliklərə baxmayaraq, futbolçularımdan xarakter nümayiş etdirmələrini istədim. Onlar da bunun öhdəsindən gəldilər. Azərbaycan millisi yaxşı rəqibdir. Bir gün onları ölkəmizdə görmək istərdim”.(futbolxeber.az)