"Volfsburq" Şürleni istəyir
"Çelsi"nin hücumçusu Andre Şürle karyerasını yenidən Almaniyada davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, daha əvvəl Bundesliqada "Maynts" və "Bayer" kimi klubların şərəfini qoruyan Şürle üçün bu dəfə "Volfsburq" klubu 23 milyon funt-sterlinq təklif göndərib.
Qeyd edək ki, Şürle "Çelsi"nin heyətində bu mövsüm çıxdığı 21 matçda 4 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi