Pantiç: "Bakı"da işləmək böyük şərəf idi"

14:30 - 9 Yanvar 2015

Hafiz Məmmədov görüşlər keçirib

 

İspaniyada səfərdə olan “Bakı” klubunun prezidenti Hafiz Məmmədov bir sıra görüşlər keçirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, H.Məmmədov Madrid "Atletiko"sunun prezidenti Enriko Serezo ilə yanaşı, komandasının sabiq baş məşqçisi Milinko Pantiçlə də görüşüb.

 

Görüş zamanı Pantiç bildirib ki, "Bakı"da işləmək onun üçün böyük şərəf idi və hər zaman kluba öz köməyini göstərməyə hazırdır.

 

Qeyd edək ki, Pantiç 2013-2014-cü illərdə "Bakı"nı çalışdırıb. 

Xəbər xətti