Qolkiper Mançesterda
İngiltərənin "Mançester Yunayted" klubu Viktor Valdesin transferini rəsmiləşdirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi qolkiperlə 1,5 illik müqavilə imzalayıb.
33 yaşlı təcrübəli qapıçı transferi haqqında bunları söyləyib:
"Mançester Yunayted" kimi nüfuzlu komandanın formasını geyinmək böyük qürurdur. Buraya gəldiyim ilk günlərdə "Mançester Yunayted" yazısını görəndə sanki yuxu görürdüm"
Qeyd edək ki, "Barselona" yetirməsi olan Valdes 2002-2014-cü illərdə Kataloniya təmsilçisində çıxış edib.