"Şəhərlilər" Nəsrinin əvəzinə İskonu gətirir?

15:07 - 2 Mart 2015

Yarımmüdafiəçi Premyer Liqaya gələ bilər

 

"Real"ın ispaniyalı gənc yarımmüdafiəçisi İsko karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Mançester Siti"dən ayrılmağı gözlənilən Samir Nəsrinin əvəzinə 22 yaşlı İskonu gətirmək istəyən "Mançester Siti" yay transfer pəncərəsində futbolçuya təklif göndərəcək. Qeyd edək ki, İsko "Malaqa"da olarkən də "şəhərlilər" tərəfindən təklif almışdı.

 

İsko bu mövsüm La Liqada çıxdığı 23 matçda 3 qol və 8 asistlə yadda qalıb.

Xəbər xətti