Toğrul Əsgərov Minskdə

17:05 - 2 Mart 2015

Qran Pri

 

Martın 6-da Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Priyə start veriləcək. 

 

Sportal.az xəbər verir ki, iki gün davam edəcək turnirdə Azərbaycanı 10 kişi pəhləvan təmsil edəcək.

 

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında dünya və Avropa çempionu Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Ruhlan Məmmədov (hamısı 61 kq), olimpiya çempionu Toğrul Əsgərov (70 kq), ikiqat Avropa çempionu Cəbrayıl Həsənov, Murad Süleymanov (hər ikisi 74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), dünya çempionu Xetaq Qazyumov, olimpiya çempionu Şərif Şərifov (hər ikisi 97 kq) və Əli Maqomedabirov (125 kq) mübarizə aparacaq.

 

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.

Xəbər xətti