Hakimlərin Respublika seminarı keçirildi

17:15 - 2 Mart 2015

Növbəti seminar apreldə baş tutacaq
 
Hakimlərin ənənəvi Respublika seminarı keçirilib.
 
Sportal.az xəbər verir ki, "İnter Arena"da yerləşən federasiyanın təlim-məşq bazasında təşkil olunan seminarda müxtəlif bölgələrən 60-dan artıq beynəlxalq və milli dərəcəli hakimlər iştirak edib.
 
Azərbaycan Milli Karate Federasiyasının Hakimlər komitəsinin sədri Cahangir Babayevin rəhbərliyi ilə seminarda yeni yarış qaydaları izah edilib. Metodiki təlim otağında nəzəri hissənin ardından hakimlər fevralın ortalraında Hollandiyanın Almere şəhərində Premyer Liqasında idmançılarımızın döyüşlərini izləyərək qaydaları və dəyişiklikləri analiz ediblər.
 
Yığıncaqda federasiyanın vitse-prezidenti Yusif Məmmədov və baş katib Mir-Cabbar Seyidov da iştirak edib. 

Xəbər xətti