Şəhriyar Məmmədyarov 1 pillə gerilədi

18:50 - 2 Mart 2015

FİDE yeni reytinq cədvəlini açıqladı
 
FİDE mart ayı üçün yeni reytinq siyahını açıqlayıb.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov 1 pillə geriləməklə 13-cü sıraya enib.
 
İndi Məmmədyarovun 2756 xalı var. Digər şahmatçımız Teymur Rəcəbov 2738 xalla 20-cı sıradadır. Son Azərbaycan çempionu Rauf Məmmədov 92-ci pillədə qərarlaşıb. Raufun reytinqi 2658 xala bərabərdir. 

Xəbər xətti