"Real"ın müdafiəçisi İngiltərə nəhənginin hədəfində

20:37 - 2 Mart 2015

41 milyon avro təklif göndərəcək

 

"Real"ın müdafiəçisi Rafael Varanın komandadan ayrılacağı barədə söz-söhbətlər səngimək bilmir.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Mançester Yunayted" 21 yaşlı Varan üçün yay transfer pəncərəsində 41 milyon avro təklif göndərəcək. 

 

Qeyd edək ki, Varan bu mövsüm "Real"ın heyətində çıxdığı 31 matçda 2 qol vumağı bacarıb.

Xəbər xətti