"Bu ayın sonuna qədər..."
Bir neçə gün öncə maaşların verilməməsi ilə bağlı etiraz aksiyası keçirən cüdo üzrə yığma komandanın üzvləri bu gün Gənclər və İdman Nazirliyində məsələnin həlli üçün rəsmilərlə bir araya gəliblər.
Sportal.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlamasında cüdo üzrə milli komandamızın üzvü Nicat Şixəlizadə bildirib ki, Gənclər və İdman Nazirliyində Azad Rəhimovla deyil, nazir müavini İntiqam Babayevlə görüşüblər:
“Hamımız problemlərimizi çatdırdıq. Vəziyyətimizlə bağlı şikayətimizi dedik. Onlar da bizə hər şeyin yoluna qoyulacağına dair söz verdilər. Yəqin ki, bu ayın sonuna qədər, ya da gələn ayın əvvəli pullarımızı alacağıq”.
Şıxəlizadənin sözlərinə görə, görüşdə komanda yoldaşları və məşqçi heyəti iştirak edib.
saytlarin hazirlanmasi