AFFA "İnter"in şikayətini rədd etdi

15:10 - 3 Mart 2015

Apellyasiya və Ekspert Komitəsinin qərarları
 
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, iclasda  “İnter” PİK (futbolçu Sezar Meza Kolli və  məşqçi Miloş Yevtiçlə bağlı qəbul edilmiş cəzaların ləğv olunması) və “Mil-Muğan” FK-nın keçmiş baş məşqçisi Məmmədov Mətləb Əli oğlu  (cəzanın yüngülləşdirilməsi) tərəfindən daxil olmuş müraciətlərə  baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
1. “İnter ” PİK-in  müraciəti təmin olunmasın. AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.
2. “Mil-Muğan” FK-nın keçmiş baş məşqçisi Mətləb Məmmədov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Məşqçi intizam tədbiri olaraq 6 aylıq kənarlaşdırılsın, digər  6 aylıq cəzadan isə 1 illik  sınaq müddəti təyin olunmaqla azad olunsun. 1 illik sınaq müddəti ərzində məşqçi  Mətləb Məmmədov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

Xəbər xətti