"Rabitə" Fransadan qələbə ilə qayıdır

01:05 - 4 Mart 2015

Təmsilçimizdən sərfəli nəticə
 
Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”u start götürüb.
 
Sportal.az xəbər  verir ki, Çempionlar Liqasında mübarizəni dayandıraraq, ikinci dərəcəli qitə kubokuna yollanan “Rabitə” də ilk matçını keçirib.
 
Avrokubokda yeganə təmsilçimiz paytaxt klubu ilk görüşünə səfərdə çıxıb. Zoran Qayiçin yetirmələri Fransa “Beziers”i ilə qarşılaşıb. 
 
Oyuna yaxşı başlayan təmsilçimiz ilk setdə qalib gəməyi bacarıb – 22:25. Lakin meydan sahibləri 2-ci hissədə müqavimət göstərərək, hesabı bərabərləşdirib. Buna baxmayaraq, “Rabitə” digər 2 hissəni də xeyrinə tamalayaraq, Fransada inamlı qələbə qazanıb.
 
Qeyd edək ki, Bakıdakı cavab qarşılaşması 8 gün sonra baş tutacaq.
 
 
CEV kuboku, Çelenc raund, ilk oyun
3 mart
“Beziers” (Fransa) – “Rabitə” (Azərbaycan) - 1:3 (22:25; 28:26; 14:25; 21:25)
Hakimlər: Omero Satanassi (İtaliya), Xuan Alvares (İspaniya)

Xəbər xətti