Tərlan Əhmədov "Portu"nun matçında FOTO

10:51 - 4 Mart 2015

2 oyun izləyib

 

AZAL PFK-nın baş məşqçisi Tərlan Əhmədov PRO kurslarının tələblərinə uyğun olaraq Portuqaliyada təcrübə keçib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Pakuş de Ferreyra"nın düşərgəsində olan baş məşqçi fürsətdən istifadə edərək Premyer Liqanın 2 matçını stadiondan canlı izləyib. Əhmədov əvvəlcə "Portu" - "Sportinq" (3:0), dünən isə "Belenenseş" - "Pasuş de Ferreyra" (0:1) görüşlərində stadionda olub.

 

Qeyd edək ki, baş məşqçi dünən gecə saatlarında vətənə qayıdıb və bu gün komandanı "Neftçi" ilə ölkə kubokunun ilk 1/4 final matçına çıxaracaq.

 

Xəbər xətti