25-ci tura hazırlıq
Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “İnter” klubuna səfərdə 0:2 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Sportal.az xəbər verir ki, komanda ağır səfər matçından sonra bir gün istirahət edəcək. Lənkərana qayıtmadan martın 6-da “New Baku” otelində bir araya gələrək elə paytaxtda da məşq edəcək. Hazırlıq prosesi martın 6-da saat 13:30-da “Dalğa Arena” stadionunda keçiriləcək. Tələskənliyə səbəb isə qarşıdakı çempionat oyununa qədər hazırlıq üçün vaxtın az qalmasıdır.
Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXV turu çərçivəsində mart ayının 8-də “Qarabağ” klubu ilə Bakıda qarşılaşacaq. Görüş 17:00-da T.Bəhramov adına stadionunda keçiriləcək. (12cioyuncu.info)