Beynəlxalq oyunlara təyinat
FİFA dərəcəli referi Əliyar Ağayevin 2015-ci ildə idarə edəcəyi ilk beynəlxalq oyunların siyahısı açıqlanıb.
Sportal.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasındakı Avropa çempionatının elit mərhələsinin Almaniyada keçiriləcək oyunlarında ədaləti qoruyacaq Ağayev martın 26-da Almaniya - Slovakiya qarşılaşmasını, ayın 31-də isə İrlandiya - Slovakiya matçını idarə edəcək.
Qeyd edək ki, hakimlərimiz Almaniya ilə İrlandiya arasında martın 28-də baş tutacaq qarşılaşmada da iştirak edəcək. Həmin görüşdə Zeynalov yan xətt hakimi, Ağayev isə 4-cü ədalət təmsilçisi kimi meydana çıxacaq.
saytlarin hazirlanmasi