Namiq Qaraçuxurlu: "Canbala Futbol klubu məndən də populyardı"

18:16 - 5 Mart 2015

"O haqqda qəti düşünməyin"
 
Məşhur meyxana ustası Namiq Qaraçuxurlu "Canbala uşaq futbol klubu" haqda öz fikirlərini bildirib:
 
-Deyilənlərə görə, Canbala uşaq futbol klubu haqqında meyxana deyəcəksiniz... 
- Uşaq futbol klubu yox, Faiq müəllim demişkən körpə futbol klubu haqqında... bəli deyəcəm, nə var ki burda? (Faiq-Klubun təsisçisini nəzərdə tutur-Red)
 
-Namiq Mənadan sonra, o klub haqqında nəsə demək, sizcə artıqdan deyil ki?
-Bəli Namiq Məna o klub haqqında əla meyxana deyib, görəkdə mən deyən daha yaxşı olar məncə.  Amma xalq qiymət verəcək. Həmdə o klubun 19 martda əla tədbiri olacaq. Çalışıb mütləq gedəcəm. O klub haqqında dediyim meyxanaya klip çəklişini isə öz üzərimi götürürəm! Meyxanamda ki, sözlərimdə isə çalışacam ki, orada məşq edən, bütün uşaqların adlarını çəkim və klipdə bütün uşaqlar yer alsın.
 
-Sizi o klubla bağlayan nədir ki... ?
-Mən bu klubu reklam etmirəm, qətiyyən…. O haqqda qəti düşünməyin! Məhşurluqa qalsa, ciddi deyirəm, Canbala Futbol klubu məndən də populyardı. Məni ancaq bu kluba bağlayan, uşaqlara olan qayğımdır... Balacaları çox sevirəm.
 
Xatıraldaq ki, bundan öncə Namiq məna da Canbala futbol klubu haqqında söz demişdir və o süjeti sizə təqdim edirik.
 

Xəbər xətti