"Xəzər Adaları" darmadağınla qalib gəldi

00:19 - 6 Mart 2015

Liderdən növbəti qələbə
 
Dünən futzal üzrə Yüksək Liqada 12-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, çempionatın lideri "Xəzər Adaları" EKOL-la qarşılaşıb. Elnur Qəmbərovun yetirmələri bu matçdan 3:0 hesabı ilə qalib ayrılıb. "Xəzər Adaları"ndan Sezar dubla imza atıb, digər qolu isə Şiko Paulista rəqib qapısından keçirib.

Xəbər xətti