Vaqif Sadıqov: "Əsas istəyimiz Bakıda keçiriləcək AVRO-2020 üçün layiqli milli komanda yaratmaqdır"

11:52 - 6 Mart 2015

"Klublar Komitəsi də bizimlə mütəmadi əlaqədədir"
 
Hal-hazırda "Park İnn” otelində AFFA-nın XXII Hesabat Konfransı keçirilir.
 
Sportal.az xəbər verir ki, Məşqçilər Komitəsin sədri Vaqif Sadıqov da konfransda çıxış edib:
 
"İlk gündən informasiya bazası əldə etməyə çalışırıq. Klubların, yığma komandaların üzvləri ilə görüşlər keçirmişik. Təlim-məşq toplanışlarında, oyunlarda iştirak etmişik. Klublar Komitəsi də bizimlə mütəmadi əlaqədədir. Əsas istəyimiz Bakıda keçiriləcək AVRO-2020 üçün layiqli milli komanda yaratmaqdır.

Xəbər xətti