"Klublar Komitəsi düşmənçiliyi aradan qaldırmaq üçün yaradılıb"

14:15 - 6 Mart 2015

"Öz aralarında həll etsinlər"
 
AFFA prezidenti Rövnəq Abdullayev Klublar Komitəsinin failiyyəti barədə  maraqlı fikirlər səsləndirib:
 
Sportal.az xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında bunları deyib:
 
"Klublar Komitəsi PFL-ə alternativ qurum kimi yaradılmayıb. Açığı biz gördük ki, klublar arasında münasibət heç də yaxşı deyil. Bir-biri ilə yalnız mətbuat vasitəsilə ünsiyyət qururlar. Ona görə də, Klublar Komitəsini yaratdıq ki, onlar arasındakı düşmənçiliyi aradan qaldıraq. Nə problemləri varsa, öz aralarında həll etsinlər".

Xəbər xətti