Müsabiqə keçiriləcək
İyunun 12-də Bakıda start götürəcək I Avropa Oyunlarının açılış mərasiminə bilet qazanmaq şansı yaradılıb.
Sportal.az "Bakı-2015"in rəsmi saytına istinadən xəbər verir ki, bunun üçün iştirakçılar özlərinin şəkli və ya videolarını "Hello Baku" ("Salam Bakı") sözləri ilə birgə sosial şəbəkədə ("Twitter" və ya "İnstagram") yerləşdirməlidirlər.
Onlar "Bakı-2015"ə qatılacaq 50 ölkədən olmalıdırlar. Müsabiqə martın 31-də başa çatacaq. Qalib isə aprelin 7-dək elan olunacaq. Qalibə Bakıya 2 nəfərlik uçuş və açılış mərasimi üçün bilet, oteldə bir gün qalma paketi veriləcək.
Qeyd edək ki, iştirakçıların yaşı 18-dən yuxarı olmalıdır.
saytlarin hazirlanmasi