Ukrayna millisi Bakıya 15 futzalçı ilə gəlir

17:40 - 6 Mart 2015

Rəqibimizin heyəti məlum olub
 
"Avro-2016"nın seçmə mərhələsində millimizlə qarşılaşacaq Ukrayna futzal yığmasının Bakıya gələcək heyəti müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Aleksandr Kosenko millimizlə oyun üçün 15 futzalçıya dəvət göndərib. "Avro-2016"nın seçmə mərhələsinin oyunları 18-21 mart tarixində Bakıda keçiriləcək.
 
Qeyd edək ki, Azərbaycan millisi Ukrayna, Danimarka və Belçika yığmaları ilə eyni qrupda mübarizə aparacaq. 
 
 
Qapıçılar: Yevgeni İvanyak, Dmitri Litvinenko (hər ikisi "Lokomotiv, Xarkov), Yuri Savenko
 
Digər futbolçular: Nikolay Beloçerkoveç, Dmitri Sorokin, Aleksandr Sorokin, Denis Ovsyannikov, Sergey Jurba, Dmitri Bondar (hamısı "Lokomotiv", Xarkov), Aleksey Fetko, Dmitri Kalukov (hər ikisi Sportlider+"), Roman Kordoba ("Enegriya"), Vitali Dzüba (LTK), Yegeni Valenko ("Fənər" Azərbaycan), Vladimir Razuvanov ("Spartak", Rusiya)

Xəbər xətti