"Xəzər Lənkəran"a zədəlilərdən şad xəbər

00:32 - 7 Mart 2015

Hər iki futbolçu "Qarabağ"a qarşı meydanda olacaq
 
Premyer Liqanın 25-ci turunda "Qarabağ"la qarşılaşacaq "Xəzər Lənkəran" dünən məşqlərə başlayıb. Komandanın heyətində iki futbolçu Vyekeslav Tomiç və Alfred Sanko zədə səbəbindən yüngül məşqlə kifayətlənib.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, hər iki futbolçunun zədəsi ciddi deyil və bu gün keçiriləcək oyunöncəsi son məşqdə komanda ilə birlikdə məşqlərə başlayacaq. Uzun müddətdir zədədən əziyyət çək gənc qolkiper Orxan Sadıqı və müdafiəçi Adrian Skarlatake bu matçda ilk "18-lik"də yer ala bilər.

Xəbər xətti