"Xəzər Lənkəran" istirahətə çəkildi

10:45 - 9 Mart 2015

XXV turdan sonra...

 

Premyer Liqanın XXV turunda “Qarabağ”la səfərdə qarşılaşan “Xəzər Lənkəran” bir günlük sərbəst buraxılıb.

Sportal.az xəbər verir ki, minimal hesablı məğlubiyyətlə başa çatan dünənki oyundan sonra komandamız bir gün ərzində istirahət edəcək. Sabah, günün birinci yarısında tam heyətlə doğma şəhərdə bir araya gələcək komanda saat 16:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” ölkə kubokunun ¼ final mərhələsinin cavab oyununda martın 13-də “Fırtınalar meydanı”nda “İnter” klubunu qəbul edəcək. (12cioyuncu.info)

Xəbər xətti