Serbiya millisi Bakıya 21 futbolçu ilə gəlir
Avropa çempionatının elit-raund mərhələsində iştirak edəcək Serbiyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının Bakıya gələcək heyəti müəyyənləşib.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Deyan Qovedariça 21 oyunçuya dəvət göndərib.
Bakıda keçiriləcək Avropa çempionatının elit-raund mərhələsinin II qrupunda mübarizə aparacaq Serbiya yığması ölkəmizə martın 15-də gələcək və martın 22-də millimizlə qarşılaşacaq.
Qapıçılar: Aleksandr Stankoviç (“Srvena Zvezda”), Marko İliç (“Voyvodina”)
Müdafiəçilər: Sava Radiç (“Çukariçki”), Nikola Dukiç ("Partizan"), Dominik Dinqa (“Voyvodina”), Aleksandr Stanisavlyeviç (CSKA, Rusiya), Nikola Peyoviç (Srvena Zvezda”), Marko Şişkov (“OFK Belqrad”), Luka Kuçin (“Partizan”),
Yarımmüdafiəçilər: Yovan Nişiç ("Partizan"), Filip Çermelj ("Partizan"), Erhan Maşoviç ("Çukariçki"), Zehrudin Mehmedoviç (“Çukariçki”), Petar Miliç (“OFK Belqrad”), Stefan İliç (“Partizan”), Stefan Çvetkoviç (“Srvena Zvezda”)
Hücumçular: Luka Dokiç (“OFK Belqrad”), Nikola Qayiç (“Voyvodina”), Milan Panoviç (“Srvena Zvezda”), Tomislav Todoroviç, Sava Petrov (hər ikisi “Partizan”).
saytlarin hazirlanmasi