Ardıcıl ikinci səfər qələbəsi
Ümumdünya Boks Seriyasının (WSB) 8-ci turunda Azərbaycanın “BakuFires” klubu Milanda “İtalia Thunder” komandası ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, “Baku Fires” cari mövsümdə ardıcıl ikinci səfər qələbəsi qazanıb - 4:1.
Döyüşlərinnəticələri:
İtalia Thunder - Baku Fires
52 kq. Qaurav Bidhuri – Murad Rabadanov – 0:3 (46:49, 46:49, 45:50).
60 kq. Sedik Boufrakeç – Albert Səlimov - 0:3 (46: 49, 45:50, 45:50).
69 kq. Alfonso di Russo – Pərviz Bağırov – 0:3 (46:49, 45:50, 47:48).
81 kq. Valentino Manfredonia –Soltan Migitinov – 3:0 (48:47, 48:47, 48:47).
+91 kq. Quido Vianello – Arslanbek Mahmudov – TKO – I R4 00:35
“B” qrupundadigərnəticələrə gəlincə, “AstanaArlans” səfərdə “CaciquesVenezuela” klubunu3:2 hesabı ilə məğlubedib. “Puerto Riko Hurricanes” Polşada “Rafako Hussars Poland” klubuna 2:3 hesabı ilə uduzub. USA “Knockouts” isə doğma divarlar arasında “Argentina Condors” üzərində 5:0 hesabı ilə qələbə qazanıb..
Turnir cədvəli:
1. Astana Arlans – 24 xal, döyüşlərin fərqi –(32-8)
2. USA Knockouts –19, (25-15)
3. Baku Fires – 17, (26-14)
4. İtalia Thunder – 13, (20-19)
5. Caciques Venezuela – 11, (16-24)
6. Puerto Rico Hurricanes – 11, (16-24)
7. Rafako Hussars Poland - 10 , (17-23)
8. Argentina Condors – 1, (7-32)
Qeyd edək ki, “Baku Fires” növbəti görüşünü martın 14-də Quba Olimpiya Kompleksində “Caciques Venezuela” komandasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi