Roman Dmitriyevin xatirəsinə...
Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.
Sportal.az xəbər verir ki, güləşçilərimiz turnirdə bir bürünc medal qazanıb.
Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında Əfqan Xaşalov (55 kq), Pənah İlyaslı (66 kq) və Turxan Qurbanov (96 kq) turnirdə mübarizə aparıb. Millimizin qazandığı bürünc medalı 55 kq çəki dərəcəsində yarışan Xaşalov əldə edib.
Olimpiya dərəcəli hakim Hicran Şərifov isə Dünya Güləş Birliyinin nümayəndəsi kimi yarışların gedişinə nəzarət edib.
saytlarin hazirlanmasi