Ceyhun Sultanov: "...Prosineçkinin futboldan anlayışı yoxdur"

14:28 - 10 Mart 2015

"Mətbuat bizim futbolçuları çox tərifləyir"

 

"Xəzər" TV-də yayımlanan "Futbol saatı" verilişində qonaq olan "Sumqayıt"ın meneceri Ceyhun Sultanov təmsil etdiyi komandanın futbolçularını sərt şəkildə tənqid edib.

 

Sportal.az xəbər verir ki, xüsusilə "Qəbələ"yə son turda 0:2-lik məğlubiyyət Sultanovu tamam özündən çıxardıb: 

 

"Mətbuat bizim futbolçuları çox tərifləyir. Nəticədə onlarda "şişir" və özlərini ulduz kimi təsəvvür edirlər. Qəbələdə ortaya qoyulan oyun bəlkə də mövsümdəki ən zəif oyunumuz oldu. Uduzmaq olar, amma uduzanda da mübarizə aparıb uduzmalısan. Bu cür oyunla bizim klubdan heç kim milliyə çağrılmamalıdı. İstəyir Orxan Əliyev olsun, istəyir Məhəmməd Qurbanov, istəyir də digərləri. Bu futbolçuları belə oyunla Malta ilə oyuna çağırmaq olmaz. Əgər Robert Prosineçki bizim klubun futbolçularını bu oyunla milliyə çağıracaqsa, deməli onun futboldan anlayışı yoxdur".

Xəbər xətti