Kikboksçularımız Rusiya millisinə qarşı

16:56 - 10 Mart 2015

9 çəki dərəcəsində...

 

Martın 13-də Rusiyanın Sankt-Peterburq şəhərində kikboksinq üzrə Azərbaycan və Rusiya yığmalarının görüşü baş tutacaq.

Sportal.az xəbər verir ki, Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə 10 idmançı 9 çəki dərəcəsində mübarizə aparacaq. Turnir Rusiya vaxtı ilə saat 20-də başlayacaq.

Qeyd edək ki, bu Azərbaycan kikboksçularının sayca 6-cı görüşüdür. Buna qədər idmançılarımız Türkiyə, Avstriya, Almaniya komandalarıyla görüşüb.

Xəbər xətti