Regionda futbol - "Şuşa Qarabağ" VİDEO

19:02 - 10 Mart 2015

Baş məşqçi komandanın adının dəyişdirilməsindən danışdı
 
Azərbaycan birinci divizionunda 18-ci tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, doğma meydanda “Şuşa Qarabağ”ı qəbul edən Mingəçevirin “Energetik" komandası məğlub olub. Görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb - 3:0.
 
İlk hissədə iki klubun futbolçuları qola yaxın olsa da, hesab açılmayıb. Fasilədən sonra qonaqlar rəqib qapısına yol tapa bilib və 79-cu dəqiqədə hesab açılıb. Bu qoldan 1 dəqiqə sonra hesab yenidən artıb. 83-cü dəqiqədə ev sahibləri 3-cü dəfə meydanın mərkəzinə dəvət olunub. Oyun “Şuşa Qarabağ”ın “Energetik” üzərində 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
 
Bu qələbədən sonra xallarının sayını 31-ə çatdıran “Şuşa Qarabağ” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 

Xəbər xətti