"Xəzər Lənkəran"da şad xəbər: Cəfərov məşqlərə başladı

19:24 - 10 Mart 2015

Komanda "İnter" üçün məşqlərə başladı
 
Azərbaycan Premyer Liqasının XXV turundan sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün Lənkəranda toplanıb.
 
Sportal.az xəbər verir ki, komanda saat 16:00-da Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxaraq Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun hazırlığına start verib.
 
Antalya toplanışı çərçivəsində yoxlama oyununda ciddi zədə alan komandanın müdafiəçisi Ruslan Cəfərovun bu gündən başlayaraq fərdi məşqlərə başlayıb.
 
Xatırladaq ki,  Azərbaycan kubokunun 1/4 finalının cavab matçında “Xəzər Lənkəran” Bakının “ İnter” klubunu qəbul edəcək. Qarşılaşma martın 13-ü, saat 17:00-da başlayacaq.

Xəbər xətti