"Bavariya"nın ulduz futbolçusu "Fənərbaxça"ya gəlir?

20:56 - 11 Mart 2015

31 yaşlı futbolçu üçün...

 

Türkiyənin "Fənərbaxça" klubu "Bavariya"nın braziliyalı ulduzu Danteni transfer etmək istəyir.
 

 

Sportal.az xəbər verir ki, 31 yaşlı təcrübəli yarımmüdafiəçi heyətə düşməkdə çətinlik çəkir. Məhz bu səbəbdən futbolçunun klubdan gedə biləcəyi güman edilir.

Gələcək mövsüm Çempionlar Liqasında uğur qazana bilmək üçün yeni heyət qurmağı planlaşdıran "Fənərbaxça" isə futbolçu üçün "Bavariya" ilə danışıqlara başlayacaq. 

Qeyd edək ki, "Bavariya" ilə müqaviləsi davam edən Danteni digər nüfuzlu klublar da heyətinə cəlb etmək istəyir.

Xəbər xətti