Komanda məşqlərini davam etdirir
“Xəzər Lənkəran” ölkə kubokunun ¼ final mərhləsinin cavab oyununda sabah “İnter” klubunu qəbul edəcək.
Sportal.az xəbər verir ki, hər iki komanda bu gün oyunöncəsi son məşqlərini keçirəcəklər. Komandanın daxilindən 12cioyuncu.info azarkeş saytına verilən məlumata görə futbolçular “İnter”lə cavab oyununa xüsusi motivasiya ilə hazırlaşıblar. Bu mənada daha çox gənclər seçilirlər. Belə ki, gənc futbolçular sabahkı görüşə həmişəkindən fərqli, tam qələbə ruhunda kökləniblər.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” oyunu martın 13-də “Fırtınalar meydanı”nda keçiriləcək. Saat 17:00-da start götürəcək qarşılaşma “Xəzər Lənkəran”Tv vasitəsi ilə canlı yayımlanacaq.
saytlarin hazirlanmasi