AZAL-da ciddi itki: Yarımmüdafiəçi iki həftəliyinə sıradan çıxdı

16:27 - 12 Mart 2015

İqbekoyinin son durumu məlum oldu
 
AZAL-ın yarımmüdafiəçisi Viktor İqbekoyinin durumuna aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, “Bakı” ilə Premyer Liqanın 25-ci turunda keçirilmiş oyunun ilk hissəsində ayağından zədələnən nigeriyalı futbolçu 2 həftə oynamayacaq.
 
Onun sol bud əzələsinin ön hissəsində yırtıq aşkarlanıb. Bu səbədən İqbekoyi Azərbaycan kubokunun 1/4 finalının “Neftçi” ilə cavab görüşündə və Premyer Liqanın 26-cı turunda “Xəzər Lənkəran”la keçiriləcək oyunda meydana çıxa bilməyəcək. Hazırda reabilitasiya ilə məşğul olan Viktor terapiya müalicəsi alır.

Xəbər xətti