Pauerliftinq üzrə Azərbaycan çempionatı AAAF Park-da keçiriləcək

13:50 - 13 Mart 2015

100-dən çox atlet...

 

Martın 14-15-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında Pauerliftinq üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

 

Sportal.az xəbər verir ki, turnirdə 100-dən çox atlet medallar uğrunda mübarizə aparacaq.

 

Ölkənin bütün bölgələrindən çempionata qatılacaq idmançıları körpücük üzərində izləmək istəyənləri zalımıza dəvət edirik. Yarış martın 14-ü, saat 10.00-da başlayır.

Xəbər xətti