Elxan Məmmədovdan "Neftçi"nin veteranına yubiley təbriki

16:05 - 13 Mart 2015

70 yaşı münasibətiylə...

 

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən sayılan Mübariz Zeynalovla görüşüb.

 

Sportal.az xəbər verir ki, 70 illik yubileyi ilə əlaqədar AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından veteran futbolçunu təbrik edən baş katib, yubilyara cansağlığı, uzun ömür arzulayıb. 

 

Məmmədov “Neftçi”nin heyətində 1966-cı ildə SSRİ çempionatında üçüncü yeri tutmuş veteranla futbolumuzun indiki durumundan da danışıb.

Xəbər xətti