"Xəzər Lənkəran" AZAL üçün istirahətsiz başlayır

02:14 - 14 Mart 2015

Komanda martın 16-sə Bakıya yollanacaq
 
“İnter”lə keçirdiyi hər iki oyunda məğlub olaraq kubok yarışması ilə vidalaşan “Xəzər Lənkəran” istirahətsiz məşq edəcək.
 
Sportal.az xəbər verir ki, komanda martın 14-də saat 11:00-da stadionun ehtiyat meydançasında oyunsonrası bərpa məşqini keçirəcək. Kubok oyununda meydana çıxmış futbolçular qismən yüngül, qarşılaşmanı ehtiyat skamyada keçirənlər isə hazırlıq prossesində tam olaraq saatyarım ərzində iştirak edəcəklər. Bundan sonra futbolçuların sərəncamında dincəlmək üçün martın 15-də baş tutacaq səhər hazırlığına qədər vaxt olacaq. Beləliklə komanda qarşıdakı günlərdə doğma şəhərdə məşq edərək martın 16-da günün ikinci yarısında Bakıya yollanacaq.
 
Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXVI turu çərçivəsində, martın 18-də AZAL klubunun qonağı olacaq.

Xəbər xətti