"Reykyavik Open" turniri
İslandiyada təşkil edilən şahmat üzrə "Reykyavik Open" turnirində 5-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, turnirdəki təmsilçilərimiz Şəhriyar Məmmədyarov (2756) və Zeynəb Məmmədyarova (2303) növbəti qələbələrini qazanıblar.
Belə ki, Şəhriyar islandiyalı Steyn Qretarssona, Zeynəb isə fransalı Lüks Qreqoriyə qalib gəlib. Bu turdan sonra Şəhriyarın hesabında 5, Zeynəbin aktivində isə 3,5 xal var.
saytlarin hazirlanmasi