Yığmamız Rusiyaya məğlub oldu

16:23 - 15 Mart 2015

5 döyüş keçirilib

 

Martın 13-də Rusiyanın Sankt-Peterburq şəhərində kikboksinq üzrə Azərbaycan və Rusiya yığmalarının görüşü keçirilib.

 

Sportal.az xəbər verir ki, Ümumilli Lider Heydər Əliyevin xatirəsinə və II Dünya müharibəsinin 70 illiyinə həsr olunmuş turnirdə K-1 qaydaları üzrə 5 çəki dərəcəsində 10 döyüş baş tutub.

 

Yarışda yekun hesab 6:3 hesabı ilə Rusiyanın xeyrinə başa çatıb, bir heç-heçə qeydə alınıb.

Xəbər xətti