26-cı tura hazırlıq
Martın 18-də səfərdə AZAL klubu ilə çempionat matçında üz-üzə gələcək "Xəzər Lənkəran” oyuna bir gün qalmış Bakıya yollanacaq.
Sportal.az xəbər verir ki, komanda martın 16-da səhər saat 11:00-da stadionun ehtiyat meydançasında növbəti məşqini keçirəcək. Daha sonra futbolçulara klubun baza-otelində dincəlmək üçün təxminən bir sutkaya qədər vaxt veriləcək. Komanda martın 17-də səhər saatlarında Lənkəranı tərk edərək Bakıya yola düşəcək.
Qeyd edək ki, paytaxtın "New Baku” otelində məskunlaşacaq "Xəzər Lənkəran” martın 17-də saat 16:00-da "Azal Arena” stadionunda oyunönəsi son məşqinə çıxacaq.(12cioyucu.info)
saytlarin hazirlanmasi