"Real" daha bir futbolçu ilə maraqlanır

19:18 - 16 Mart 2015

Avstriyalı La Liqada?

 

"Bavariya"nın avstriyalı müdafiəçisi David Alaba karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə Madrid "Real"ı yaxından maraqlanır. Daha əvvəl "Portu"nun müdafiəçisi Danilo ilə maraqlanan "kral" klubu 2 futbolçunun arasında seçim arasında qalsa da, avstriyalının şansı daha çoxdur.

 

Qeyd edək ki, Alaba bu mövsüm "Bavariya"nın heyətində çıxdığı 18 matçda 2 qol və 1 asistlə yadda qalıb.

Xəbər xətti