Komanda bu gün paytaxta gəlir
Premyer Liqanın XXVI turunda səfərdə AZAL klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” doğma şəhərdə keçdiyi hazırlığı yekunlaşdırıb.
Sportal.az xəbər verir ki, komanda martın 16-da səhər saat 11:00-da stadionun əsas meydaçasında məşqə çıxıb. Klub prezidenti Mais Mənsimovun izlədiyi və bir saatdan çox sürən hazırlıq prossesinə qatılmayan qapıçı Vyakoslav Tomiç və kapitan Rahid Əmirquliyev martın 17-də Bakıda komandanın düşərgəsinə qoşulacaqlar.
Qeyd edək ki, “Xəzər Lənkəran” martın 17-də səhər saat 08:00-da doğma şəhəri tərk edərək paytaxta yollanacaq. (12cioyuncu.info)
saytlarin hazirlanmasi